ABŞ-ın müdafiə naziri xarici əsgərlərin yoxlanış prosedurlarının yenidən nəzərdən keçirilməsinə göstəriş verib

ABŞ-ın müdafiə naziri Mark Esper silahlı qüvvələrə xarici əsgərlərin yoxlanış prosedurlarının yenidən nəzərdən keçirməsinə göstəriş verdiyini deyib.

Bazar günü Fox News-a danışan nazir ötən cümə günü Florida hava bazasında xarici əsgərin 3 nəfəri öldürməsindən sonra gördüyü ilk işin bu olduğunu deyib.

Rəsmilərin bildirdiyinə görə, cümə günü Pensakoladakı Hərbi Hava bazasında 3 nəfər ölüdürülüb.

Rəsmilər hücumun bu həftə ABŞ-ın Floridadakı hərbi bazasında ölümlə nəticələnən ikinci hücum olduğunu deyib.

Eskambiya mahalının polis idarəsinin məlumatında hücumçunun da öldüyü bildirilib.

Hücumçunun Səudiyyə Ərəbistanından 21 yaşlı Məhəmməd Əlşamrani olduğu təsdiq edilib. O, Dəniz Avaisiya Akademiyasında pilotluq dərsi alırdı. Federal Kəşfiyyat Bürosu hücumun motivlərinə aydınlıq gətirməyib.

Öldürülən 3-ü də tələbə olub. Onlardan biri 23 yaşlı Ensayn Coşua Vatson (Alabama), 19 yaşlı Məhəmməd Sameh xaytam (Florida), digəri isə 21 yaşlı Kemeron Skott Uoltersdur(Virciniya).

Hadisə zamanı 8 nəfər xəsarət alıb.

Amerikaninsesi.org

ƏVVƏLKİ XƏBƏR

Bakıda intihar edən qız millimizin futbolçusunun bacısı imiş

SONRAKI XƏBƏR

Hansı vərdiş infarktdan qoruyur?