Nazir müavini: Sərhədin demilitasiyası ilə bağlı əvvəlki bir çox görüşlərdə irəliləyişlərə nail ola bilməmişik

Nazir müavini: Sərhədin demilitasiyası ilə bağlı əvvəlki bir çox görüşlərdə irəliləyişlərə nail ola bilməmişik

Azərbaycan və Gürcüstan arasında sərhədin delmitasiyasına dair ekspertlərin növbəti görüşü bi ilin sonunadək Tbilisidə keçiriləcəyi gözlənilir.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun sözlərinə görə, burada nəinki əldə olunan materiallar və yerlərdə aparılan son müşahidələr və araşdırmalar nəzərdən keçiriləcək, eyni zamanda bəzi arxiv materiallara yenidən baxılacaq.

"Bildiyimiz kimi, Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin 2/3 hissəsini razılaşdırmağa müvəffəq olmuşuq, onun 1/3 hissəsi isə qalmaqdadır. Burada müəyyən fikir ayrılıqları var, müəyyən sənədlərin baxılmasına yenidən ehtiyac yaranıb. Ekspertlər sıx və ardıcıl görüşlər keçirirlər. Son görüş iki ay öncə baş tutub. Biz ekspert görüşlərinin davam etdirilməsi razılığına gəldik ki, bizim növbəti iclasın keçirilməsində artıq müəyyən irəliləyişlər olsun. Çünki əvvəlki görüşlərdə biz irəliləyişlərə nail ola bilməmişdik, ona görə ki, razılaşdırılacaq məsələlərdə açıq yerlər var idi ki, bunların üzərində işlər davam etdirilməlidir", - deyə X. Xələfov qeyd edib.

Mənbə: apa.az