Erkin Qədirli seçkiyə gedir

Erkin Qədirli seçkiyə gedir

“REAL Partiyasının üzvü Erkin Qədirli 9 fevral parlament seçkisində partiyanın namizədi kimi iştirak edib qalib gəlməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu REAL Partiyasının sədri İlqar Məmmədov sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki. buna Erkin Qədirlinin də, REAL-ın da siyasi nüfuzu zəmin yaradır: “Qərar qətidir, heç kim tərəfindən ləğv edilə, dəyişdirilə və ya təfsir oluna bilməz”.

Qeyd edək ki, “REAL”ın qurucularından olan Erkin Qədirli parlament seçkilərinə qatılmaq istəmədiyini bildirmişdi.

Mənbə: qafqazinfo.az