Prezidentdən 7,8 milyonluq - SƏRƏNCAM

Prezidentdən 7,8 milyonluq - SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzalayıb.

Metbuat.az-ın xəbərinə görə, sərəncama əsasən, Suraxanı rayonunun on yeddi min səkkiz yüz nəfər əhali yaşadığı Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 7,8 milyon (yeddi milyon səkkiz yüz min) manat ayrılıb.

Mənbə: metbuat.az