Rusiyalı ekspert: “Təmasların sayı Cənubi Qafqazın təhlükəsizliyinin ən mürəkkəb probleminin keyfiyyətinə çevrilmir”

Rusiyalı ekspert: “Təmasların sayı Cənubi Qafqazın təhlükəsizliyinin ən mürəkkəb probleminin keyfiyyətinə çevrilmir”

Azərbaycan prezidenti İlham Əliyev və Nikol Paşinyanın görüşünü, habelə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin yüksək dərəcəli nümayəndələri ilə danışıqları və vasitəçi diplomatların regional səfərlərini də buna əlavə etmək lazımdır.

Politoloq və etnik əlaqələr üzrə rusiyalı ekspert Sergey Markedonov bildirib ki, danışıqlar prosesinin aktivləşməsi açıq-aşkardır.

“Problem birdir, görüş və təmasların sayı Cənubi Qafqazın təhlükəsizliyinin ən mürəkkəb probleminin - Dağlıq Qarabağ münaqişəsinin həllində praktik qərarların keyfiyyətinə çevrilmir. Münaqişə tərəfləri mövcud heç bir məsələdə (Dağlıq Qarabağın gələcək statusu, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafında olan rayonların de-okupasiyası, qaçqınların qaytarılması) güzəştlərə getməyə hazır deyillər”, - deyə o qeyd edib.

Bu ilin may ayında Dağlıq Qarabağda müddətsiz atəşkəs razılaşmasının qüvvəyə minməsinin 25 illiyi tamam oldu. Lakin atəşkəs müntəzəm olaraq pozulur.

“Tərəflərin cəbhə xəttindəki gərginlikləri yeni danışıq raundlarını izlədikdə “Qarabağ yelləncəyi”nin işi görünəndir. Bu vəziyyətdə münaqişənin idarə olunması prinsipial əhəmiyyət alır. Əgər yaxın gələcəkdə sülhə nail olmaq mümkün olmasa, onda tərəflərin “cəbhə xəttindəki” gərginliyinin silkələməsi, hadisələrin qarşısının alınması və hətta dialoqun qorunması pis nəticə deyil”, - deyə politoloq qeyd edib.

Alpər Mövludoğlu

Mənbə: ordu.az