"Türkiyə Amerikanı maraqlarına görə razılaşmağa məcbur edir"-Politoloq rəyi

"Türkiyə Amerikanı maraqlarına görə razılaşmağa məcbur edir"-Politoloq rəyi

"Amerika kürdlərə dövlət söz verməyib".

Bu barədə ABŞ müdafiə naziri Mark Esper açıqlama verib. O Vaşinqtonun kürdlərə onları Türkiyənin hücumlarından qoruyacağı ilə bağlı söz vermədiyini açıqlayıb. Esper taktiki olaraq kürdlərə xəyanət etdikləri hisssini yaşadıqlarını, ancaq suriyalı kürdlərə müstəqil dövlət quracaqları ilə bağlı söz vermədiklərini deyib. Lakin eyni zamanda hələ də onlarla müttəfiqliklərini davam etdirildiyini deyib. Siyasi şərhçilər bununla "kürd layihəsinin" növbəti dəfə iflas olduğunu deyir. Qeyd edilir ki, ABŞ-ın Suriya kürdləri məsələsində geri çəkilməsi və Suriyada kürd dövləti planı iflasa uğraması Türkiyənin aktiv siyasəti nəticəsində mümkün oldu. Bu, Türkiyə adına regional uğur kimi qiymətləndirilməlidir.

Bununla bağlı Sonxeber.az- a danışan politoloq Zərdüşt Əlizadə Türkiyənin mövqeyinin bu məsələdə sərt və qəti olduğunu açıqlayıb. O, Türkiyə dövlətinin var olduğu müddətdə Kürdüstanın yaranmasına imkan verməyəcəyini deyib:

"Türkiyə kürd dövlətinin yaranmasına heç bir vaxt imkan vermiyəcək. Çünki, kürd dövlətinin yaranması Türkiyənin ərazilərini müəyyən hissələrinə iddiada olması və işğalı deməkdir. Nə qədər də Amerika və Qərb dövlətləri var, onlar özlərindən asılı bir alət kimi Yaxın Şərqdə istifadə etmək üçün Kürdüstan dövləti yaratmağa çalışacaqlar. Əminəm ki, Türkiyə dövləti var olduğu müddətdə Kürdüstanın yaranmasına imkan verməyəcək".

Politoloq həmçinin ABŞ və Türkiyə arasında mütəmadi olaraq mövqelərin ortaq məxrəcə gəldiyini bildirib:
"Türkiyə Amerikanın maraqlarını nəzərə alır və almağa məcburdur. Türkiyə də bu yolla Amerikanın Türkiyənin maraqlarını nəzərə almağa,öz mövqeyini Türkiyənin maraqlarına görə razılaşmağa məcbur edir".

Şəlalə Babayeva

 

 

Mənbə: sonxeber.az