İrəvanda panika: Ankara ilə Bakının gizli Meğri planı? - VİDEO

İrəvanda panika: Ankara ilə Bakının gizli Meğri planı? - VİDEO

Türkiyə ilə Azərbaycan ölkələr arasında birbaşa quru dəhlizinin hərbi yolla bərpası ilə bağlı gizli anlaşıblar.

Axar.az xəbər veriri ki, bu sözləri tanınmış erməni hərbi eksperti David Camalyan “Revu” verlişində çıxışı zamanı dilə gətirib.

Onum sözlərinə görə, Ankara və Bakının strateji hədəfi Meğrini geri qaytarılmaqdan ibarətdir:

“Rəsmi Bakı bu mövqeyindən geri çəkilməyəcək. Biz isə hazırda illüziyalar qurmaqdayıq. Ermənistan tərəfi hər cür ssenariyə hazır olmalıdır. Qeyd etmək yerinə düşərdi ki, bu gün Azərbaycan Rusiya ilə də uğurlu siyasət yürüdür. Kremlə bu gün öz böyük layihələrində Azərbaycanın iştirak etməsi vacibdir. Bakı isə öz növbəsində bunu anlayır və Qarabağ məsələsində maksimum irəliləməyə çalışır. Bütün bunlar davam edərsə, bu bizim üçün qəbuledilməz bir ssenaridir. Kremldəki strateji tərəfdaşlarımız bizim də “qırmızı xəttimiz” olduğunu açıq şəkildə bilməlidirlər”.

Aprel müharibəsi mövzusuna toxunan ekspert qeyd edib ki, o zaman erməni tərəfi bir neçə strateji mövqeyini itirib.

“Hazırda Ermənistan bu mövqelərin geri qaytarılması barədə düşünür", - deyə erməni hərbi ekspert vurğulayıb.

Qeyd edək ki, ermənilərin Qafqazda özlərinə dövlət qurmaları üçün Azərbaycanın İrəvan xanlığının ərazisi və İrəvan şəhəri ermənilərə 29 may 1918-ci ildə Azərbaycan parlamentinin qərarı ilə verilib. Meğri, Qafan, Gorus, Dərələyəz və Göyçə ərazisi isə 1920-ci ildə, Azərbaycanın Rusiya tərəfindən işğalından sonra Ermənistana birləşdirilib, həmçinin, 1923-cü ildə Dağlıq Qarabağ muxtar vilayəti yaradılaraq, Azərbaycan torpaqları hesabına dövlət qurulan ermənilərə Azərbaycan ərazisində əlavə muxtariyyət də verilib.

Mənbə: axar.az