Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəalları Türkiyənin Moskvada səfirliyində olublar

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəalları Türkiyənin Moskvada səfirliyində olublar<span class="qirmizi"></span>

 

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəalları Türkiyənin Moskvada səfirliyində olublar.

AZƏRTAC xəbər verir ki, RAGB-nin sədri Ceyhun Hüseynov və təşkilatın fəalları Türkiyədə baş vermiş dağıdıcı zəlzələnin qurbanlarının xatirəsini yad etmək üçün Türkiyənin Moskvadakı səfirliyini ziyarət ediblər.

Gənclər zəlzələ qurbanlarının xatirəsini ehtiram yad edib, səfirliyin binası önünə əklil və güllər qoyublar.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Mənbə: azertag.az