Rusiya və İran Prezidentləri Vladimir Putinlə Məsud Pezeşkian arasında görüş baş tutub.
Görüş Türkmənistanın paytaxtı Aşqabadda keçirilib.
Putinlə Pezeşkian ikitərəfli məsələlər, eləcə də Yaxın Şərqdəki vəziyyət ətrafında fikir mübadiləsi aparıb.
Bu, iki ölkə liderinin ilk görüşü olub.
***
Putin görüş zamanı beynəlxalq hadisələr üzrə Rusiya və İranın mövqeyinin çox yaxın olduğunu bildirib:
“Beynəlxalq arenada birlikdə fəal işləyirik və dünyada baş verən hadisələrlə bağlı dəyərləndirmələrimiz adətən çox yaxın olur”.
Mənbə: qafqazinfo.az