Sumqayıtda bələdiyyə üzvlüyünə namizədlərlə görüş keçirilib - FOTO

Sumqayıtda bələdiyyə üzvlüyünə namizədlərlə görüş keçirilib - FOTO

Yeni Azərbaycan Partiyası qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı təbliğat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir.

YAP Sumqayıt şəhər təşkilatının seçki qərargahının üzvləri və namizədlər seçicilərlə görüş keçiriblər. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov bələdiyyələrin fəaliyyəti ilə bağlı məlumat verib. Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatında yerləşən seçki qərargahının fəaliyyəti ilə bağlı danışan R.Hüseynov təbliğat kampaniyasının da uğurla davam etdirildiyini dilə gətirib: «Bələdiyyələrin insanların həyatındakı yeri və rolu da artmaqdadır. Sumqayıt bələdiyyəsi üzvlüyünə irəli sürülən şəxslər şəhərimizdə kifayət qədər fəal və tanınmış şəxslərdir. İnanırıq ki, dekabrın 23-də Sumqayıt seçiciləri Ümummilli Lider Heydər Əliyev siyasi kursuna, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və dövlət başçımızın Sədri olduğu Yeni Azərbaycan Partiyasına olan inamını və sevgisini növbəti dəfə nümayiş etdirəcəklər. Mən şəhər sakinlərini Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıram».

Çıxış edən YAP-ın Sumqayıt bələdiyyəsinə namizədi Sultan Əsədov əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun ölkə vətəndaşlarının rifahına, dövlətimizin inkişafına xidmət göstərdiyini deyib.

YAP-ın Sumqayıt bələdiyyəsinə namizədi Musa Həsənov da Yeni Azərbaycan Partiyasının hər zaman ölkədə keçirilən seçkilərdə yüksək səs çoxluğu ilə qələbə qazandığını diqqətə çatdırıb. Çıxış edən digər namizədlər Cəmilə Fəyyaz, Nərminə Mehdiyeva, Tərlan Hacızadə seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıb.

Sumqayıtda bələdiyyə üzvlüyünə namizədlərlə görüş keçirilib - FOTO

Sumqayıtda bələdiyyə üzvlüyünə namizədlərlə görüş keçirilib - FOTO

Sumqayıtda bələdiyyə üzvlüyünə namizədlərlə görüş keçirilib - FOTO

Sumqayıtda bələdiyyə üzvlüyünə namizədlərlə görüş keçirilib - FOTO

Mənbə: xeberle.com