GÜRCÜ MÜXALİFƏTİNİN TƏKLİFİ “QAPININ AĞZINDACA” RƏDD EDİLİB

Gürcüstanda müxalifət seçki sisteminə islahat haqqında yeni təkliflə çıxış edib. Bu təklif əvvəlki kimi formasına görə majoritar sistemə, ruhuna görə isə proporsional sistemə oxşayır. Lakin bu dəfə iqtidar ideyanı elə “qapının ağzındaca” rədd edib. Bu barədə “Exo Kavkaza” portalı məlumat verir.

Müxalifət ötən gün baş tutan görüşdə yeni təkliflə çıxış edib: çoxmandatlı seçki dairələri sisteminə keçid. Noyabrın 14-də başlayan siyasi böhrandan sonra tərəflər beynəlxalq tərəfdaşların köməyi ilə kompromis əldə etməyə çalışırlar. Belə ki, noyabrın 14-ü hakim partiya sözünün üstündə durmayıb, 2020-ci ildə proporsinal seçki sisteminə tam keçidlə bağlı səsverməni rədd edib.

O vaxtdan bəri tərəflər kompomis axtarışındadır. Ötən gün danışıqlarda konkret razılıq əldə olunmasa da, iştirakçlar konsensus variantını istisna etməyiblər.

“İnşaat hərəkatı”nın lideri David Usupaşvili hesab edir ki, təklif edilən model səslərin bölüşdürülməsində daha obyektiv yanaşmanı təmin edir. “Çoxmandatlı seçki dairəsinə keçid halında qalibin maksimum ümid edə biləcəyi – mandatların təxminən 50%-dir. Mövcud modeldən köklü fərq nədən ibarətdir? Məsələn, Kvemo Kartli regionu yeddi təkmandatlı dairəyə bölünüb. Faizlərdəki üstünlükdən asılı olmayaraq, qalib, bu da bir qayda olaraq inzibati resurslara malik hakim partiya olub, bütün mandatları ələ keçirib. 2007-ci və 2016-cı illərdə də belə olub. Biz əldə edilən ümumi səs saylarını irəli sürülən namizədlərin sayına proporsional şəkildə bölməyi təklif edirik. Məsələn, səs çoxluğu əldə edən partiya yeddi namizədlə çıxış edib, 10 min səs qazansa, onda hər namizədin qiyməti 1428 səs olacaq. Yox əgər başqa partiya üç namizəd irəli sürsə və 5 min səs qazansa, onda onun bütün namizədləri keçəcək, çünki hər biri çox səs (1666) əldə edəcək. Qalibə isə 7 deyil, 4 mandat çatacaq. Əslində, bizim təşəbbüs Konstitusiyaya dəyişiklik tələb etmir”, - deyə Usupaşvili qeyd edib.

Bu gün parlament çoxluğu qapalı iclasda müxalifətin yeni təşəbbüsünü müzakirə edib. Görüşdən sonra hakim komandanın liderlərindən biri Mamuka Mdinaradze bildirib ki, təkmandatlılar tam majoritar model üzərində işləri dayandırır, müxalifətin təkliflərinin müzakirəsinə isə bir neçə gün lazımdır: “Detalları müzakirə etmək üçün vaxtımız olmayıb. Çünki müxalifətin təklifi ötən gün axşam irəli sürülüb. Bu gün də təklifin texniki parametrlərini ətraflı müzakirə edə bilmədik, ona görə əlavə bir neçə gün lazım olacaq. Bir məqamı qeyd edə bilərəm ki, majoritar sistemin transformasiyasını nəzərdə tutan və Konstitusiyaya dəyişikliklər tələb etməyən variant müzakirə üçün geniş imkan yaradır”.

Buna cavab olaraq müxalifət ombudsmendən kömək istəyib. Nino Lomcariya sənədin ATƏT-ə göndəriləcəyini deyib.

“Bu gün qanun layihəsini ən nüfuzlu beynəlxalq təşkilatlardan birinə göndərəcəyik. Müxalifət tərəfindən təklif edilən seçki modelinin hazırkı Konstitusiyaya nə qədər zidd olduğunu, qoy, onlar qiymətləndirsinlər”, - deyə ombudsmen bildirib.

Xpressa.net

ƏVVƏLKİ XƏBƏR

Emili yenə soyundu - FOTO

SONRAKI XƏBƏR

Lavrov və Pompeo bir sıra beynəlxalq məsələləri müzakirə ediblər