MSK partiyaların səlahiyyətli nümayəndələrini qeydə aldı

MSK partiyaların səlahiyyətli nümayəndələrini qeydə aldı

Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, iclasda 2020- ci il fevralın 9- na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının, Ümid Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb.

İclasda YAP- ın 119 nəfər səlahiyyətli nümayəndə, 1 nəfər isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınıb.

Ümid Partiyasından 17 nəfər səlahiyyətli, 2 nəfər isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə kimi qeydə alınıb.

Vətəndaş Həmrəyliyi Partiyasından 36 nəfər, 1 nəfər isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə kimi qeydə alınıb.

Günel Türksoy

Mənbə: qafqazinfo.az