Gəncəliyev yazdı, Xaçatryan tvitini sildi

Gəncəliyev yazdı, Xaçatryan tvitini sildi <span class="qirmizi"></span>

Ermənistan Prezidenti Xaçatryan Novruz bayramı münasibəti ilə İrana ünvanladığı təbrik tvitini silib.

Axar.az xəbər verir ki, buna səbəb çoxsaylı tənqidlər olub. Belə ki, Xaçatryan İranı təbrik edərkən, Bakıda Novruz şənliyindən çəkilən fotonu paylaşmış, eyni zamanda, “fürsətdən” istifadə edib, Nizami Gəncəvini fars şairi kimi təqdim etmişdi.

Tənqidlərdən sonra isə Xaçatryan fotonu dəyişməyib, ümumiyyətlə tvitini silib.

Millət vəkili Tural Gəncəliyev də Ermənistan prezidentinin tvitini silməsini təqdir edib.

Mənbə: axar.az