Tbilisi, 12 dekabr, AZƏRTAC
Gürcüstanın Baş prokuroru Şalva Tadumadze vəzifəsindən istefa verib.
AZƏRTAC xəbər verir ki, buna səbəb onun parlamentin bugünkü iclasında Ali Məhkəmənin hakimi vəzifəsinə təsdiqlənməsidir.
Qeyd edək ki, Ş.Tadumadze 2018-ci ilin iyul ayından Gürcüstanın Baş prokuroru idi.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Mənbə: azertag.az