Yerevanda Azərbaycanın düşmənləri bir araya gəldilər. Separatçı tör-töküntülər ermənilərin ayaqqabılarını yaladılar-FOTO

Yerevanda Azərbaycanın düşmənləri bir araya gəldilər. Separatçı tör-töküntülər ermənilərin ayaqqabılarını yaladılar-FOTO

Dekabrın 6-7-də düşmən Ermənistanın paytaxtı adlanan Yerevanda elmi konfrans adı altında toplantı keçirilib. Yerevan dövlət universitetinin kafedra müdiri Vardan Voskanyanın başına yığılan məxluqlar guya Qafqazın tarixini “xırdalamağa” başlayıblar. Qafqazın xəritəsini Promoteydən bu günədək ələk-vələk edərək belə qərara gəliblər ki, Azərbaycan bölünməlidir. Rus-fars-erməni triosunun patrondaşlığı altında talış, ləzgi, avar və digər xalqların başbatıranları ciddi-cəhdlə sübut etməyə çalışıblar ki, Qafqazın xəritəsi yenilənməlidir. Əslində burada təəccüblü heç nə yoxdur. Birinci dəfə deyil ki, trionun qarşısında köpək kimi quyruq bulayan separatçılar bu cür iddialarla çıxış edirlər. 1990-cı ilin əvvəllərində ayağa qalxıb qondarma dövlətciklər yaratmaq təşəbbüsündə bulundular. Rəsmi Moskva və Yerevan nə qədər dəridən-qabıqdan çıxsalar da, Azərbaycanın şimalında və cənubundakı agentləri heç nəyə nail ola bilmədilər. Əlikram Hümbətov qadın paltarı geyinərək aradan çıxdı, sadvalçılar “podval”lıq oldular. Bəli, Azərbaycan üçün çox ağır olan o illərdə bu tör-töküntülərin əlindən heç nə gəlmədi. Azərbaycanda yaşayan talışlar və ləzgilər Üçrəngli Bayrağımızın altına toplaşaraq üzdəniraqları buralardan qovub çıxardılar. Lakin sakitləşmirlər, arxalarında erməni olmayanda darıxırlar... Olsun, rahat olsunlar, bununla işimiz yoxdur... Oxucular bilsinlər ki, bizdəki bəzi saytlar üç-dörd separatçını ortalığa qoymaqdan o yana gedə bilmirlər. Bizsə heç kimdən çəkinmədən açıq yazacağıq. Şəkillərdən birində gördüyünüz Vaqif Kərimov Moskvadakı Federal Ləzgi Milli-Mədəni Muxtariyyatının prezidenti, Rusiya Prezidenti yanında Millətlərarası Şuranın üzvü şovinist Arif Kərimovun qardaşıdır. Bu cütlük bir neçə “fronta” işləyir. Rusun FTX-sı, ermənilərin MTX-sı, Almaniyanın “BND”-sı, İranın “ETTALAT”-ı və daha nələr, nələr. Aralarında Timur Aytberov adlı bir qoca avar separatçısı da var. Azdan-çoxdan bu “alkaş”a bələdik. Arabir Xaçmazda da peyda olub, başını sığallayıb buraxıblar, bu haqda yazacağıq. Bədbəxtin arağını ver, cibinə pul və başına qapaz qoy, nə istəsən yazacaq, danışacaq. Yerdə qalan İsmayıl Şabanov, Zabil Məhərrəmov rus və erməni zurnası “çalmaq”dan yorulmurlar ki, yorulmurlar... Dünyaya ibnəliyi yaymış farslar isə məlum məsələdir... Tarix boyu bu ərazilərə iyrənclikdən və murdarlıqdan başqa bir şey gətirməyiblər. Nə dinləri var, nə də imanları. Əsrlərdir ermənilərlə bir yatıb, bir dururlar...

Bircə şeyi də başa düşmürük. Elə ki, etnik separatçılardan yazırıq, bəziləri zəng edib deyirlər ki, bu cür materiallar hansısa xalqın xətrinə dəyə bilər. Anlamırıq, məgər separatçılar o xalqın adından danışan təmsilçilərdir? Məgər mənsub olduqları xalqlar separatçıları öz adlarından danışmağa vəkil tutublar? Biz əslən azərbaycanlı olub millətinə dönük və xain çıxanları daim lənətləyirik. Belələrinin iç üzünü açmaqda davam edirik. Belə məsələlərdə insanlara milli mənsubiyyətinə görə yox, vətəndaşlıq nöqteyi-nəzərindən yanaşırıq. Milli kimliyə gəldikdə isə bunu separatçıların özləri bilərəkdən qabardırlar. Azərbaycan Qafqazda ən çoxmillətli dövlətdir. Baxın, düşmənlə səngərdə heç kəsin milli mənsubiyyəti bilinmir. Hamı əlində silah Azərbaycanın müdafiəsindədir! Şəhidlər xiyabanlarında uyuyanlardan heç birinin baş daşında etnik kimliyi yazılmır! Çünki hamı vahid bir ailənin övladlarıdır!

Yeri gəlmişkən bir məsələni də vurğulayaq. Hər dəfə Azərbaycanda seçkilər keçiriləndə şimaldakı və cənubdakı xor dərnəkləri işə düşür. Bu dəfə isə səsləri düşmənimizin paytaxtından gəldi. Uladılar, uladılar və dağılışdılar. Azərbaycanın şimalı da, cənubu da boğazınızda qalacaq, cənablar! Çünki onun sərhədlərində bu dövləti canı ilə, qanı ilə qoruyan və çiyin-çiyinə duran azərbaycanlı, ləzgi, talış, avar, kürd, saxur, tat, udin və digər xalqların nümayəndələri qürurla dayanıblar. Sadəcə, biz susmayaq, qorxmayaq, qəddimizi həmişə dik saxlayaq. Çünki biz susduqca ermənilər və onların nökərləri azğınlaşırlar.

P.S. Şəkillərdəki şəxslərə diqqətlə baxın. İşdi-şayət harada rast gəlsəniz ən azından sifətlərinə tüpürün.

Rasim Əmirov

"Şimal xəbərləri"

Mənbə: teref.az