Erməni ekspert qorxur: “Azərbaycan müharibə versiyasını nəzərdən keçirir”

Erməni ekspert qorxur: “Azərbaycan müharibə versiyasını nəzərdən keçirir”

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni ekspert Anjela Əlibəyova Elmar Məmmədyarovun müsahibəsində səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov “CBC” kanalına verdiyi müsahibəsində bir neçə maraqlı açıqlamalar verib. Bunlardan biri də Dağlıq Qarabağ münaqişəsinin həllinə alternativ olaraq müharibə versiyasına toxunmasıdır.

Eskpert qeyd edib ki, Məmmədyarovun belə açıq şəkildə hədələyici çıxışını xatırlamır.

“Bu cür açıqlamalara adətən İlham Əliyev və ya Müdafiə naziri tərəfindən edilirdi, lakin bu dəfə Xarici İşlər naziri olduqca əsəbi şəkildə və hərbi həll yolunun istisna edilmədiyini bildirib. O, açıq şəkildə bildirib ki, danışıqlar davam etsə də, bu, problemin hərbi yolla həllinin istisna edilməsi demək deyil. Nazir bir neçə dəfə Aprel döyüşləri zamanı eyni vaxtda danışıqların və döyüşlərin getdiyini işarə edib”, - deyə Əlibəyova bildirib.

Azərbaycan Xarici İşlər nazirinin növbəti açıqlamasında hər iki icmanın təmaslarından bəhs edilirdi.

Erməni eskpert, xüsusilə Qarabağın iki icması ifadəsinin qəbuledilməz olduğunu vurğulayıb.

“Bu Qarabağdakı Azərbaycan icmasının faktiki subyektivliyini artırır. Bu subyektivlik qaçqınlarımızın maraqlarını təmsil edən QHT-lərin səviyyəsindən yüksək olmamalıdır. Son 1,5 ildir ki, öz icmalarını danışıqlar masasına gətirməyə çalışırlar və icmalar arasındakı təmasların qurulması bu cəhətdən onlar üçün vacibdir. Erməni tərəfi üçün Xankəndinin (qondarma qurum-red.) onların icması ilə bərabər səviyyədə tutulması qəbuledilməzdir” ,- deyə Əlibəyova bildirib.

O qeyd edib ki, Azərbaycan tərəfi təhlükəsizliyi sülhməramlıların və öz qaçqınlarının təhlükəsizliyinin təmin edilməsi ilə əlaqələndirir, Ermənistan tərəfin isə “Qarabağın təhlükəsizliyi” dedikdə nə demək istədiyini aydınlaşdırmır.

“Mən, rəsmi şəkildə bu məsələyə aydınlıq gətirilməsinə və olduqca dəqiq danışmağın tərəfdarıyam. Çünki təəssüf ki, Zöhrab Mnatsakanyanın Bratislava çıxışında Ermənistanın Qarabağın (qondarma qurum-red.) “təhlükəsizliyi”nin qarantı olması və oradakı sakinlərin öz qüvvələri tərəfindən özünü müdafiə edə biləcəyi tezisini açıqlayan ifadələri yer almayıb”, - deyə Əlibəyova qeyd edib.

Alpər Mövludoğlu

Mənbə: ordu.az