ABŞ sanksiya tətbiq etsə, buna məcbur qalacağıq - Çavuşoğlu

ABŞ sanksiya tətbiq etsə, buna məcbur qalacağıq - Çavuşoğlu

Türkiyəyə sanksiya tətbiq edilərsə, biz də bu sanksiyalara cavab vermək məcburiyyətində qalacağıq.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

ABŞ-ın Türkiyənin Rusiyadan S-400 sistemləri almasına qarşı çıxdığını xatırladan Çavuşoğlu Türkiyənin ehtiyacı olan müdafiə sistemini Rusiyanın uyğun təklifi səbəbindən onlardan aldıqlarını bildirib.

Nazir Türkiyənin qərar qəbul edərkən öllkələr arasında seçim etmək deyil, balans saxlamaq məcburiyyətində olduğunu bildirib:

“Sanksiyalar və təhdid dili əsla işə yaramaz. ABŞ da bunu anlamalıdır. Anladığını da başa düşürəm. Donald Tramp da sanksiyalara qarşı çıxır. Fəqət sanksiya tətbiq edilərsə, Türkiyə buna qarşılıq vermək məcburiyyətindədir. Biz sanksiyalar olmadan və dialoq yolu ilə birbirimizi anlayaraq problemi həll etməyə çalışırıq”.

Mənbə: axar.az