Türkiyə rəsmisi: Avropa İttifaqı suriyalı qaçqınlara maliyyə dəstəyini artırmalıdır

Türkiyə rəsmisi: Avropa İttifaqı suriyalı qaçqınlara maliyyə dəstəyini artırmalıdır

Avropa İttifaqı Türkiyədə suriyalı qaçqınları maliyyələşdirmək üçün ayrılan 6 milyon avrodan daha çox pul xərcləməlir və həmin pulun axınını sürətləndirnəlidir. Bunu Türkiyə Xarici İşlər Nazirliyinin Türkiyənin Avropa İttifaqı ilə əlaqələrindədən məsul rəsmisi şənbə günü bildirib.

Avropa İttifaqı Türkiyədə təxminən 3.5 milyon suriyalı qaçqına dəstək məqsədilə maliyyə ayırıb. Türkiyə isə cavab olaraq onların Avropaya immiqrasiyasınn qarşısını almağa razılaşıb.

“Pulun axını sürətləniriməlidir və vəsaitlərin həcmi artırılmalıdır” – deyə, Türkiyə xarici işlər nazirinin müavini Faruk Kaymakçı bildirib.

“Böhran davam etdiyi müddətdə biz birlikdə işləməliyik. 6 milyard avro problemi həll etməyəcək,”Kaymakçı İstanbulda müxbirlərə bildirib.

Bu yardımı 2015-ci ildə ayıran Avropa İttifaqı bildirir ki, qaçqınlara 5.6 milyard avrodan çox pul ayrılıb və 2.4 milyardan çox pul artıq ödənilib.

Kaymakçı deyib ki, qaçqınlara ev sahibliyi etmək Türkiyə üçün ümumilikdə təxminən 40 milyard dollara başa gəlib.

Avropanın Türkiyə ilə əlaqələri bir neçə səbəbdən gərginləşib. Buna Türkiyənin oktyabr ayında Suriyanın şimal-şərqində kürd yarı-hərbi dəstəsinə qarşı hərbi müdaxiləsi daxildir.

Türkiyə oktyabr ayının sonunda avropalıların Türkiyənin qaçqınları Suriyanın şimal-şərqinə yerləşdirmək planını dəstəkləmədiyi təqdirdə “qapıları açaraq” qaçqınların Avropaya axınına icazə verəcəyi ilə hədələmişdi.

Mənbə: www.amerikaninsesi.org