Konstitusiyaya dəyişiklik haqqında qanun layihəsi parlamentə təqdim edilib

Konstitusiyaya dəyişiklik haqqında qanun layihəsi parlamentə təqdim edilib

Qanun layihəsi parlament tərəfindən alınıb və baxılması üçün rəhbərliyə təqdim edilib. Ukrayna prezidenti sənədin təxirəsalınmaz olduğunu qeyd edib.

Ukraynanın Prezidenti Vladimir Zelenski "Ukrayna Konstitusiyasına (hakimiyyətin desentralizasiyası ilə bağlı) dəyişiklik edilməsi" haqqında qanun layihəsini ölkənin Ali Radasına təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat parlamentin rəsmi saytında yerləşdirilib.

Qeyd olunur ki, qanun layihəsi parlament tərəfindən alınıb və baxılması üçün rəhbərliyə təqdim edilib.

Ukrayna prezidenti həmçinin qanun layihəsinin təxirəsalınmaz olduğunu qeyd edib.

Yeni qanun layihəsinin mətni hələ ki, dərc olunmayıb.

Mənbə: sputnik.az