Britaniya baş naziri seçkidə əldə etdiyi qələbədən sonra nikbindir

Britaniya mübahisələr’, siyasətə və Brexitlə bağlı danışıqlara həmişəlik ara verməyə layiqdir. Baş nazir Boris Conson cümə günü Mühafizəkarlar Partiyası Consonun “qeydi-adi” adlandırdığı seçkidə qalib gələndən sonra bildirib.

“Sağalma başlasın,” o deyib.

Consonun kampaniyasını “Brexiti Həll Edin” şüarı altında aparıb. O deyib ki, mənsub olduğu Mühazifəkarlar Partiyasınının parlamentdə çoxluq əldə etməsi onun daha öncə parlamentin rədd etdiyi Avropa İttifaqı əldə etdiyi ayrılıq razılığını qəbul etdirməsinə və Brexiti 2020-ci ilin yanvarın 31-dək həyata keçirməsinə imkan yaradacaq.

Londonda Boris Consonun əleyhinə nümayiş

O, ilk dəfə olaraq Mühafizəkarlar Partiyasına səs verən Leyborist partiyasının tərəfdarlarına təşəkkür edib və “Bir millətin Mühafizəkar hökümətini” quracağına söz verib.

“Mən sizin bizə və mənə göstərdiyiinz etimadınıza görə təşəkkür etmək istəyirəm və biz sizin üçün çalışan parlamentlə birlikdə sizin etimadınızı doğrultmaq və sizin prioritetlərinizi yerinə yetimrək üçün üçün gecə-gündüz çalışacağıq,” o deyib.

Cümə fünü Kraliçanın hökümət qurmaq təklifini qəbul edən Britaniya lideri “bir millətin mühafizəkarlığı” ideyasının tək bir izahının olmadığını deyib və bildirib ki, bu o deməkdir ki, Mühafizəkarlar Partiyası Böyük Krallıqdakı hər kəsə xidmət göstərək.

Bu qələbə nəticəsində Mühafizəkarlar Partiyası 1980-ci illərdən bəri parlamentdə ən böyük səs fərqi ilə çoxluq əldə ediblər.

Amerikaninsesi.org

ƏVVƏLKİ XƏBƏR

Mingəçevirdə gənc oğlan mübahisə zamanı bıçaqlanıb

SONRAKI XƏBƏR

Konstitusiyaya dəyişiklik haqqında qanun layihəsi parlamentə təqdim edilib