Dünyanın ən güclü ölkələrinin reytinqi yayımlanıb.
Axar.az xəbər verir ki, reytinqi ABŞ-ın “BAV Qrup” şirkəti hazırlayıb.
Reytinqin hazırlanması zamanı bir neçə faktor - dövlətin iqtisadi və hərbi gücü, siyasi təsiri, dünya liderliyi, eləcə də beynəlxalq alyanslara üzvlüyü – nəzərə alınıb.
Siyahıda ilk yeri ABŞ tutub. ABŞ dünyanın ən güclü iqtisadiyyatına və ən böyük büdcəsinə malikdir.
ABŞ-dan sonrakı yerlərdə Rusiya, Çin, Almaniya və Britaniya qərarlaşıb.
Mənbə: axar.az