Güney Azərbaycanın Qəzvin əyalətinin bir çox bölgələrində un çatışmazlığı səbəbindən çörək qıtlığı yaranıb.
Axar.az xəbər verir ki, bu sözləri Qəzvin əyalətinin Buin Zəhra və Avuc bölgələrinin İran parlamentindəki nümayəndəsi Ruhullah Abbaspur deyib.
“Hökumətin çörək sexlərinin un tələbatının təmin ediləcəyinə dair verdiyi sözlərə baxmayaraq, bölgələrdə hakim olan vəziyyət bunun əksini göstərir”, - o bildirib.
Qeyd edək ki, son həftələr Qəzvinlə yanaşı, Urmu, Xoy, Təbriz və Ərdəbil şəhərlərində də çörək çatışmazlığı ilə bağlı çoxsaylı məlumatlar yayılıb.
Mənbə: axar.az