Türkiyənin İngiltərə üçün strateji əhəmiyyəti: 3 milyon ayırıblar ki...

Türkiyənin İngiltərə üçün strateji əhəmiyyəti: 3 milyon ayırıblar ki...<span class="qirmizi"></span>

Böyük Britaniya Daxili İşlər Nazirliyi ötən il türk sərhədçilərin miqrant axınının qarşısını alması üçün 3 milyon funt sterlinqdən (3,731 milyon dollar) çox vəsait ayırıb.

Publika.az xəbər verir ki, bu barədə “Guardian” yazıb. Maliyyələşmə rəsmi inkişaf yardımı büdcəsindən təmin edilib və Nazirliyin Kəşfiyyat İdarəsinin tərkibində olan Beynəlxalq Əməliyyatlar Bölməsinin Departamenti vasitəsilə həyata keçirilib.

Nəşrin yazdığına görə, Türkiyə son iki-üç il ərzində Böyük Britaniya hökuməti üçün artan əhəmiyyətə malik ölkəyə çevrilib və “hazırda sərhəd təhlükəsizliyi üçün strateji əhəmiyyətli hesab olunur”.

Qeyri-qanuni miqrantlar tez-tez La-Manş boğazını keçmək və Böyük Britaniyaya getmək üçün hər cür fürsət axtarırlar. Burada sosial proqram, qaçqın statusu və maliyyə yardımı almaq imkanı onları cəlb edir. 2022-ci ildə Britaniyaya gələn miqrantların ümumi sayı 44 min nəfəri ötüb.

Mənbə: publika.az