Roma Papası I Fransiskin bütün qəbulları səhhəti ilə əlaqədar ləğv edilib. AzVision.az xəbər verir ki, bu barədə "Rai News 24" məlumat yayıb.
Müqəddəs Taxt-Tacın sözçüsü Matteo Bruni bildirib ki, pontifik əməliyyat olunacaq. Əməliyyat 2-3 saat davam edəcək. Katolik kilsəsinin 86 yaşlı rəhbəri təkrarlanan ağrılı subokklyuziv sindromlara səbəb olan bel yırtığı səbəbindən əməliyyat olunacaq.
Qeyd edək ki, iyunun 6-daPapa Fransisk müayinə üçün "Gemelli" Klinikasına gəlib.
Aytən Zəhra
Mənbə: azvision.az