Böyük Britaniya kralı III Çarlz kiçik qardaşı şahzadə Endryuya illik texniki ödənişlərin dayandırılmasını əmr edib.
Oxu.az-a istinadən xəbər verilir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
İndi York hersoqu bundan sonra şəxsi xərcləri üçün 1 milyon funt-sterlinq (təxminən 2.1 milyon manat - red.) eləcə də təhlükəsizlik üçün əlavə vəsait almayacaq.
Bildirilir ki, kral şahzadə Endryunun Vindsordakı "Royal Lodge" adlı iqamətgahından köçməsini istəyir.
Mənbə: musavat.com