Moldovada kritik səsvermə bitdi: səslər sayılır

Moldovada kritik səsvermə bitdi:

Moldovada bu gün prezident seçkilərinin ikinci turu üçün keçirilən səsvermə başa çatıb.

Yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 23:00) seçki məntəqələri bağlanıb.

Hazırda səslərin sayılması prosesi gedir.

Qeyd edək ki, 20 oktyabrda keçirilən prezident seçkilərində qalib müəyyənləşməmişdi. İkinci turda hazırkı dövlət başçısı Maia Sandu və keçmiş baş prokuror Aleksandr Stoyanoqlo yarışır.

Mənbə: axar.az