İran və İsrail prezidentləri COP29-da eyni vaxtda iştirak edəcəklər

İran və İsrail prezidentləri COP29-da eyni vaxtda iştirak edəcəklər

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana gələcək.

"Azad İran" "Telegram" kanalı bu barədə İran mediasına istinadla xəbər yayıb.

Bildirilir ki, Pezeşkian Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) İran nümayəndə heyəti ilə birlikdə iştirak edəcək.

Xatırladaq ki, İsrail Prezidenti İsxak Hersoq da COP29-da ölkəsini təmsil edəcəyini açıqlayıb.

Mənbə: oxu.az