Ramzan Kadırov iranlı generalın öldürülməsini pislədi

Ramzan Kadırov iranlı generalın öldürülməsini pislədi

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov İran İslam Respublikasının xarici əməliyyatlar üzrə komandanı, general Qasım Süleymaninin öldürülməsinə münasibət bildirib.

Cebhe.info-nun məlumatına görə, Ramzan Kadırov BMT-dəki bir çox siyasətçilərin Qasım Süleymaninin öldürülməsini qınadığını deyib. O, bildirib ki, xüsusilə rusiyalı siyasətçilər və vəzifəli şəxslər bu məsələdə iştirak edib. “ABŞ-ın hərəkətləri Yaxın Şərqdə gözlənilməz nəticələrə səbəb ola bilər”- “Telegram kanal”a müsahibəsində belə deyən Kadırov əlavə edib ki, bu vəziyyətə heç kəs laqeyd qala bilməz.

Bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O'Brayn bəyan edib ki, Q.Süleymaninin öldürülməsində məqsəd daha çox qan tökülməsinin qarşısını almaqdır. ABŞ prezidenti Donald Tramp da oxşar açıqlama ilə çıxış edib.

şfiq Abdulla
Cebhe.info

Mənbə: cebhe.info