Qalib gələn Trampın şok Azərbaycan açıqlaması – İrəvanda isterika başladı

Qalib gələn Trampın şok Azərbaycan açıqlaması – İrəvanda isterika başladı

Trampın qələbəsi Ermənistanda narahatlığı artırıb.

Erməni politoloqlar Trampın qələbəsinin İrəvan üçün uğurlu olmayacağı qənaətindədirlər. Politoloq Suren Sərkisyan deyib ki, Tramp dönəmində Bayden dövründən fərqli olaraq ABŞ-la münasibətlərdə passivlik olacaq. Politoloq Stepan Daniyelyan isə Ermənistanın yenə yanlış seçim etdiyini deyib:

“Gürcüstan və Azərbaycan Trampa ümid edirdi, Mülki Müqavilə isə demokratlara güvənirdi. Həmişəki kimi Paşinyan yenə səhv yatırım etdi. Amerika xalqı dəyişiklik istəyir. Ermənistan xalqı isə təslim olub, artıq taleyini həll etmir”.

Politoloq Armen Ayvazyan isə Trampın seçkidən sonra ermənilərə verdiyi vədləri unudacağını söyləyib:

“Trampın qələbəsi beynəlxalq məsələlərdə ciddi nəticələrə gətirib çıxaracaq. Seçkidən bir neçə gün əvvəl o, bütün erməniləri Azərbaycandan qoruyacağını demişdi. Lakin seçkidən sonra o, böyük ehtimalla bunu unudacaq”.

Mənbə: globalinfo.az