"Ölkədən xaricə getmək istəyənlərə qarışa bilmərik. İran vətəndaşları xaricə getmək istəyirlərsə, bu, onların seçimidir".
Bunu İran Prezidenti Məsud Pezeşkian bu gün “Tibb İşçiləri Günü”nə həsr olunan tədbir proqramında çıxış edərkən bildirib.
“Mən bu vətən üçün qalıb çalışmağı, habelə şəhid olmağı seçdim. Bizdən haqqınızı tələb edə bilərsiniz. Əlimizdə olanı ədalətlə ödəyəcəyik. Etiraz etməyə ehtiyac yoxdur”, - deyə, Pezeşkian vurğulayıb.
Məsud Pezeşkian, ölkədəki vəziyyətin iranlılara layiq olmadığına toxunaraq deyib ki, İranı böhrandan xilas etmək üçün birgə çalışmaq lazımdır.
Mənbə: azpolitika.info