"Respublikaçı Donald Trampın Ukrayna da daxil olmaqla, müxtəlif "ələbaxanlara" pul xərcləməyi sevməməsi Rusiya üçün faydalı keyfiyyətdir".
Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün "Telegram" hesabında yazıb.
"Trampın bizim üçün faydalı olan bir keyfiyyəti var: kökündən bir iş adamı kimi o, müxtəlif "ələbaxanlara", axmaq müttəfiqlərə, uğursuz xeyriyyə layihələrinə və "acgöz" beynəlxalq təşkilatlara pul xərcləməyi çox sevmir. Ukrayna da bu sıradadır", - deyə o bildirib.
Mənbə: oxu.az