ABŞ Zelenskinin silah tələbini RƏDD ETDİ

ABŞ Zelenskinin silah tələbini

ABŞ Ukraynanın “ATACMS” raketlərinin tədarükü istəyini rədd edib.

Bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ-ın müdafiə naziri Lloyd Ostin prezident Volodimir Zelenskinin Ukraynaya ATACMS sistemlərinin tədarükü ilə bağlı tələbinə mənfi cavab verib.

Qeyd edək ki, əvvəllər də Volodimir Zelenski ABŞ-dan uzun mənzilli ATACMS raketlərinin tədarükünü tələb etsə də, Pentaqondan müsbət cavab ala bilməyib.

Məlumat üçün bildirək ki, Maksimum 300 kilometrədək hədəfləri vura bilən ATACMS (Army Tactical Missile System) taktiki ballistik raketləri Amerikanın “Lockheed Martin” korporasiyası tərəfindən istehsal olunur.

Mənbə: bizim.media