İranlı ekspert: "Tehranın və İrəvanın maraqları tam üst-üstə düşür"

İranlı ekspert: "Tehranın və İrəvanın maraqları tam üst-üstə düşür"

"İranın və Ermənistanın maraqları tam üst-üstə düşür".

Bu barədə ermənipərəst ekspert Ehsan Mövahhedian "Armen Press"ə verdiyi müsahibədə deyib.

"Bakı ilə tezliklə sülhün əldə olunması ehtimalı olmadığı, həmçinin Türkiyə və Azərbaycanın Şərq-Qərb dəhlizinin yaradılması üçün Ermənistanın ərazi bütövlüyünə hörmət edilmədiyi üçün Tehran və İrəvan Şimal-Cənub dəhlizini mümkün qədər tez başa çatdırmalıdır", - deyə o bildirib.

Ekspert Ermənistan enerji təchizatının diversifikasiyası siyasətini həyata keçirmək üçün İrana arxalana biləcəyinə qeyd edib:

"Türkiyə bəzi dövlətlərin dəstəyi ilə Türk dünyası yaratmağa can atır və yeganə maneə Ermənistandır. Bəzi qonşular Ermənistanda sabitliyi pozmağa və onun xüsusi sivilizasiyasını məhv etməyə çalışırlar. Bu qonşulardan fərqli olaraq, İran erməni irsini qoruyur", - deyə o bildirib.

Mənbə: oxu.az