İran və Səudiyyə Ərəbistanının yüksək səviyyəli hərbi rəhbərləri Tehranda keçirilən görüşdə iki ölkə arasında daha sıx əməkdaşlıq planlarını müzakirə edib.
Bu barədə “Tasnim” məlumat yayıb.
Məlumata görə, Səudiyyə Ərəbistanı silahlı qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Fəyyad bin Hamed Əl-Ruveyli yüksək rütbəli hərbi nümayəndə heyəti ilə İrana səfər edib:
"O, İran silahlı qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmmədhüseyn Baqeri ilə danışıqlar aparıb. Onlar hərbi diplomatiyanın genişləndirilməsi və iki müsəlman ölkəsi arasında əməkdaşlığın təşviqi də daxil olmaqla bir sıra məsələləri müzakirə ediblər".
Mənbə: axar.az