İsrailin Baş naziri Benyamin Netanyahu bazar günü Nazirlər Kabinetinin iclasında ölkənin Livanda peycer əməliyyatında iştirak etdiyini ilk dəfə etiraf edib.
Bu barədə “Times of Israel” qəzeti məlumat yayıb.
İsrailin baş naziri təsdiqləyib ki, o, sentyabr ayında Livanda rabitə vasitələrinin kütləvi şəkildə zədələnməsi əməliyyatına icazə verib.
"Peycer əməliyyatı və "Hizbullah" lideri Həsən Nəsrullaha sui-qəsd yüksək səviyyəli müdafiə rəsmilərinin müqavimətinə baxmayaraq həyata keçirilib", - Nəşr qeyd edib ki, Netanyahu bu yaxınlarda işdən çıxarılan müdafiə naziri Yoav Qallanta eyham vuraraq qeyd edib.
Livanda peycerlərin partlaması sentyabrın 17-də axşam baş verib. Nəticədə ən azı 2800 nəfər yaralanıb, 8 yaşlı uşaq və "Hizbullah" liderlərindən birinin oğlu da daxil olmaqla 8 nəfəri xilas etmək mümkün olmayıb. Livanın İnformasiya Nazirliyi hadisəni “İsrail təcavüzü” adlandırıb.
Hüseyn İbadlı
Mənbə: publika.az