"Azərbaycan çox gözəl ölkədir”.
Bu fikirləri ABŞ-dan müşahidəçi Khetsive Kumalo Bizim.Media-ya açıqlamasında bildirib.
“Mən ilk dəfədir ölkənizə gəlmişəm. COP29-dan əvvəl Azərbaycan haqqında məlumatım yox idi. Ancaq hava limanından çıxanda bunun üçün təəssüfləndim. İnsanlar daim gülümsəyir. Konfrans üçün görülən hazırlıq işləri diqqətəlayiqdir. Hər yerdə könüllülərin olması işimizi çox asanlaşdırır. Onların sayəsində xarici ölkədə olduğumu hiss etmirəm".
Nuray, Bizim.Media
Mənbə: bizim.media