Balasanyan və dəstəsi belə diz çökdürülüb: Natiqin döyüşdüyü kilsədən EKSKLÜZİV GÖRÜNTÜLƏR

Balasanyan və dəstəsi belə diz çökdürülüb:

AzTV Xəbər komandası Milli Qəhrəman Natiq Qasımovun döyüşdüyü yerdən reportaj hazırlayıb. Birinci Qarabağ müharibəsində döyüşən Natiqin Alban məbədində tüstüdən zəhərlənməməsi üçün qazdığı yerdən eksklüziv görüntülər təqdim edilib.

Uzun müddət mühasirədə saxladıqları bu ərazi ermənilər üçün niyə önəmli olub?

Məhz bu ərazi Ağdam, Xocalı və Əsgəranı tam nəzarətdə saxlamaq üçün əhəmiyyətli strateji mövqe olub.

Məbəddə çəkiliş aparan zaman daha bir erməni yalanı da ifşa edilib.

Ermənilər bu kilsənin onlar üçün müqəddəs olduğunu iddia etsələr də, buranı silah-sursat anbarı kimi istifadə ediblər.

Mənbə: publika.az