Ermənistan: "Bakıya gələ bilərik..." - İrəvandan yeni xəbər var

Ermənistan: "Bakıya gələ bilərik..." -

Ermənistan noyabrın 11-də Bakıda başlanan COP29 zirvəsinə qatılıb-qatılmayacağını hələ dəqiqləşdirməyib.

Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bu barədə açıqlama verib. Kostanyan, jurnalistlərə açıqlamasında, “Qərar hələ verilməyibsə, nəzəri olaraq, iştirak edə də bilərik, etməyə də,” ifadəsini işlədərək, bunun Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesinin dinamikasından asılı olduğunu bildirib.

Nazir müavini, Ermənistanın COP29-a qatılmasının sülh sazişi istiqamətində atılan addımlar və Azərbaycanda saxlanılan ermənilərin azad edilməsi ilə əlaqəli olduğunu vurğulayıb. Xatırladaq ki, ötən ay Ermənistan mediasında xarici işlər naziri Ararat Mirzoyanın COP29-a qatılmağa hazır olduğu haqda məlumat yayılmışdı və Ermənistanın iştirakı üçün Bakının həbsdə saxladığı ermənilərdən bir qismini azad etməsi şərt qoyulmuşdu.

Azərbaycan Prezidenti İlham Əliyev COP29-un açılışında Ermənistanı bu zirvəyə dəvət etdiklərini və iştirakın Ermənistanın öz qərarı olacağını bəyan etmişdi. “Ermənistandan bir neçə nümayəndə qeydiyyatdan keçsə də…” - Prezident Əliyev Ermənistanın iştirakının öz ixtiyarlarında olduğunu vurğulamışdı.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov isə noyabrın 12-də jurnalistlərə açıqlamasında Ermənistan tərəfindən konfransda iştirak üçün bir neçə nümayəndənin qeydiyyatdan keçdiyini, lakin onların COP29-a qatılmadığını təsdiqləyib.

Mənbə: musavat.com