Gürcüstan Azərbaycan və Ermənistan arasında danışıqlarda vasitəçi rolunu oynamağa hazırdır.
Bu barədə Gürcüstanın Baş Naziri İrakli Kobaxidze Gürcüstan İctimai Yayımının Birinci Kanalına müsahibəsində bildirib.
“Gürcüstan bir vasitəçi kimi və ya danışıqların təmin edilməsi prosesində daha da fəal iştirak etmək lazım olarsa, biz hər zaman buna hazır olduğumuzu qeyd edirik. Əgər müvafiq maraq varsa, biz iki qonşu ölkəyə yardım və dəstəyimizi təklif etməyə hazırıq”, - deyə Kobaxidze bildirib.
Mənbə: unikal.az