Mübariz Qurbanlı “Əbu Bəkr“ məscidinin açılmasına dair məlumatlara aydınlıq gətirib

Mübariz Qurbanlı “Əbu Bəkr“ məscidinin açılmasına dair məlumatlara aydınlıq gətirib

"Əbu Bəkr" məscidinin açılması təmir işlərinin başa çatmasından asılıdır".

Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, "Əbu Bəkr" məscidində təmir işlərinə ehtiyac var: "Orada minarənin uçma təhlükəsi ilə əlaqədar məscid hazırda fəaliyyət göstərmir. İndi texniki xarakterli bərpa işləri ilə əlaqədar araşdırmalar gedir. Bunlar başa çatandan sonra məsələ Qafqaz Müsəlmanlar İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və müvafiq icra strukturları ilə birlikdə müzakirə olunub qərar qəbul ediləcək"

 

Mənbə: www.realtv.az