İranda keçirilən etiraz aksiyasında ikili standartlara son qoyulması tələb edilib

İranda keçirilən etiraz aksiyasında ikili standartlara son qoyulması tələb edilib

Tehran, 14 yanvar, AZƏRTAC

Bu gün İranın Məşhəd şəhərində kütləvi etiraz aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, aksiya iştirakçıları İrana qarşı təzyiqlərə son qoyulmasını tələb ediblər.

Aksiyada Ukraynaya məxsus təyyarənin yanlışlıqla vurulması nəticəsində həlak olanların yaxınlarına və ailələrinə başsağlığı verilib, xatirəsi sükutla yad edilib.

Aksiyada, həmçinin dünyada ikili standartlar siyasəti pislənilib. BMT və digər beynəlxalq təşkilatlardan haqqın və ədalətin müdafiə edilməsi tələb olunub. Aksiya zamanı heç bir insident baş verməyib.

Oxşar aksiya, həmçinin Böyük Britaniyanın Tehrandakı səfirliyinin qarşısında da keçirilib. Etirazçılar Böyük Britaniya səfirinin ölkədən qovulmasını tələb ediblər. Nəzərə çatdırılıb ki, səfir İrana qarşı hörmətsizlik edərək ölkənin daxili işlərinə qarışıb. Polis etirazçıların səfirliyin binasına yaxınlaşmasına imkan verməyib.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Mənbə: azertag.az