ABŞ Paşinyanın reytinqinin aşağı düşməsi göstəricilərindən narahat olub

ABŞ Paşinyanın reytinqinin aşağı düşməsi göstəricilərindən narahat olub

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ABŞ-ın Ermənistandakı səfirliyi isə bununla xüsusi məşğul olur.

Məlumata görə, ABŞ tərəfi Paşinyanın reytinqinin aşağı düşməsi göstəricilərindən, bu eniş nəticəsində Ermənistanda ABŞ üçün gözlənilməz inkişafların qeydə alınmasından və hakimiyyət başına arzuolunmaz şəxsin gələ biləcəyindən narahatdır, buna görə də məqbul variantları müzakirə edir.

Qeyd olunur ki, Ermənistan Baş nazirinin müavini Tiqran Avinyanın namizədliyi ABŞ tərəfi üçün daha məqbul variant hesab edilə bilər.

Alpər Mövludoğlu

Mənbə: ordu.az