Rövzət Qasımov: Edilən müraciətlər obyektiv, dəqiq araşdırılır

Rövzət Qasımov: Edilən müraciətlər obyektiv, dəqiq araşdırılır

Bakı, 18 yanvar, AZƏRTAC

Artıq Mərkəzi Seçki Komissiyası (MSK) özünün maarifləndirmə proqramına başlayıb. MSK müraciətlərin araşdırılmasına üstünlük verir.

AZƏRTAC secki-2020.az saytına istinadla xəbər verir ki, bunu MSK sədrinin müavini Rövzət Qasımov deyib.

O bildirib ki, seçki ilə bağlı şikayətlərin araşdırılması üçün dairə seçki komissiyaları nəzdində ekspert qrupları fəaliyyət göstərir. DSK-lar ekspert qruplarının rəyini nəzərə alır.

"Seçki emosional prosesdir. Emosionallığı aradan qaldırmaq üçün vətəndaşlar şikayətlər ünvanlayırlar. Edilən müraciətlər qərəzsiz, dəqiq, obyektiv araşdırılır", - deyə MSK sədrinin müavini əlavə edib.

R.Qasımov qeyd edib ki, MSK düzgün qərarların verilməsi istiqamətində peşəkarlığın daha da artırılmasına çalışır. O vurğulayıb ki, deputatlığa namizədlər üçün təşviqat kampaniyasında bərabər şərait yaradılıb.

Mənbə: azertag.az