“20 Yanvar faciəsini törədənlər məsuliyyətə cəlb edilməlidir”

“20 Yanvar faciəsini törədənlər məsuliyyətə cəlb edilməlidir”

Cəlil Xəlilov: “Onlar Azərbaycan xalqından üzr istəməli, öz layiqli cəzalarını almalıdır”

“20 Yanvar Azərbaycanxalqının qəhrəmanlıq salnaməsidir. Çünki məhz bu tarixdə xalq sovet hökumətinincinayətkar davranışına öz cəsarəti, mətinliyi ilə meydan oxudu, öz azadlığını həttahəyatı bahasına qorumağa hazır olduğunu nümayiş etdirdi”.

Bunu Moderator.az-aaçıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik CəlilXəlilov bildirib. C.Xəlilovun fikrincə, 20 Yanvar faciəsinin əsas müqəssiriolan Mixail Qorbaçov sovet ordusunu Bakıya yeritməklə, Azərbaycan xalqına qarşıdəhşətli cinayətə yol verib:

“1990-cı ilin 20 yanvartarixində Qorbaçov hökuməti Bakıya ordu yetitməklə Azərbaycan xalqına xəyanətetdi. Silahsız insanların üzərinə tanklarla, ağır texnika ilə hücum etmək,onları zorakılığa məruz qoymaq əslində faşizmin bir nümunəsi kimi dəyərləndirilməlidir.

Qorbaşov hələ də baş verənlərəgörə Azərbaycan xalqından üzr istəməyib. Biz istərdik ki, 20 Yanvar cinayətinitörədənlər məsuliyyətə cəlb olunsun. Onlar Azərbaycan xalqından, qətləyetirdikləri insanların doğmalarından üzr istəsinlər”.

C.Xəlilov ulu öndər HeydərƏliyevin 20 Yanvar faciəsinə çevik münasibətinə də diqqət çəkib, onun buaddımının milli tariximiz baxımından mühüm önəm kəsb etdiyini vurğulayıb:

“Bu hadisəyə ilk qiymətiümummili lider Heydər Əliyev verdi. O, Azərbaycan nümayəndəliyinə gələrək bu məsələyəsiyasi münasibət ortaya qoydu. Bu, həmin vaxt heç də asan məsələ deyildi. Uluöndər bu addımı ilə həm öz həyatını, həm də ailəsinin həyatını təhlükəqarşısında qoymuş oldu. Bu, ulu öndərin xalqın təhlükəsizliyini öz təhlükəsizliyindəndaha üstün tutmasının bariz nümunəsi idi. Biz 20 Yanvar olaylarının ildönümüqeyd etdiyimiz bir zamanda ulu öndərin bu cəsarət və fədakarlığına da diqqətyetirməli, onun tarixi xidmətinin əhəmiyyətini gənc nəslə təbliğ etməliyik”.

Seymur ƏLİYEV

Mənbə: moderator.az