Ərdoğanla Putin bu gün görüşür

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Berlində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Axar.az xəbər verir ki, bu barədə “Hürriyət” qəzeti məlumat yayıb.

Məlumata görə, tərəflər Berlində Liviya ilə bağlı keçirilən konfrans çərçivəsində görüşəcək.

Görüşün Bakı vaxtı ilə saat 16:00-da baş tutacağı bildirilir.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanlı jurnalist vəfat etdi - FOTO

SONRAKI XƏBƏR

Yol polisi Gəncədə hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib