“İranın cənubunda yerləşən körfəzin bir adı var – Fars”. “Qafqazinfo”nun məlumatına görə, bu sözləri İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Seyid Abbas Musəvi Fransa Prezidenti Emmanuel Makronun tvitinə cavab olaraq yazıb.
O, fransız, ingilis və fars dillərində Makrona bu sözləri ünvanlayıb:
“Sizin körfəzdəki hərbi mövcudluğunuz istifadə etdiyiniz ad kimi səhvdir. Hər iki səhv ciddidir, lakin düzəldilə bilər”, - Musəvi Tvitterdə fransız, ingilis və fars dillərində yazıb.
Xatırladaq ki, yanvarın 17-də Fransa Prezidenti Emmanuel Makron daha əvvəli tvitlərinin birində həmin körfəzi “Ərəb-Fars” adlandırmışdı.
Mənbə: qafqazinfo.az