İqbal Məmmədov seçicilərlə bir arada - FOTO

İqbal Məmmədov seçicilərlə bir arada - FOTO

Yeni Azərbaycan Partiyasının 78 saylı Lerik Dairə Seçki Komissiyasından namizədliyi irəli sürülmüş İqbal Məmmədov bu gün 9 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək Parlament seçkilərinə Yeni Azərbaycan Partiyasının təbliğat kompaniyası çərçivəsində rayonunun 6 kəndini özündə birləşdirən Blaband kənd inzibati ərazi dairəsində seçicilərilə görüş keçirlıb.

Modern.az xəbər verir ki, gğrüşdə kənd ağsaqqalları, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclərdən ibarət 200 nəfərdən artıq seçici iştirak edirdi. İlk öncə 20 Yanvar hadisələrində və eləcədə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladların əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Görüşdə ötən 5 il ərzində fəaliyyətimiz və qarşıda duran məsələlər haqqında geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda partiyamızın “Daha güclü Azərbaycan naminə!” seçki devizi altında uğur qazanacağından və növbəti 5 ildə də uğurlu nailiyyətlərin şahidi olacağımızdan bəhs edilib. Görüşdə iştirak edən seçicilər Yeni Azərbaycan Partiyasını dəstəklədiklərini və partiyanın namizədinə yekdilliklə səs verəcəklərini bildiriblər.

Lerikin sərt iqlim şəraitinə baxmayaraq İqbal Məmmədov təbliğat-təşviqat kompaniyasını uğurla davam etdirir.

Mənbə: modern.az