İstiqlalımızın doğulduğu gün - 20 Yanvar şəhidləri Avstraliyada anıldı

Avstraliyada 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Cebhe.info xəbər verir ki, Avstraliya-Azərbaycan Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbir Sidneydə baş tutub. Avstraliya-Azərbaycan Assosiasiyasının sədri, bu ölkədə yaşayan güneyli soydaşımız, diaspora fəalı Mikayıl Oyta tədbirdə çıxış edib, 20 Yanvar hadisələrinin Azərbaycan tarixindəki rolundan danışıb. O, bildirib ki, 20 Yanvar hadisəsi 50 milyonluq Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsidir.

“Bu hadisə qətliamın miqyasına görə faciədir. Lakin Sovet cəlladları Azərbaycan xalqının iradəsini, müstəqillik əzmini qıra bilmədi. Azərbaycan müstəqil dövlət kimi 20 yanvarda doğuldu”-deyə, Mikayıl Oyta bildirib.

Aydın
Cebbe.info

 

 

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

Deputatlığa namizəd Ramin Əhmədov şəhid ailələri ilə görüşüb - FOTO

SONRAKI XƏBƏR

Yeni prezident İslam Kərimovun dövründən danışdı: “Hamı qorxu içərisində yaşayırdı”