Deputatlığa namizəd Ramin Əhmədov şəhid ailələri ilə görüşüb - FOTO

Deputatlığa namizəd Ramin Əhmədov şəhid ailələri ilə görüşüb - FOTO

Fevral ayının 9-da keçiriləcək növbədənkənar parlament seçkisində 16 saylı Yasamal ll seçki dairəsindən deputatlığa namizəd Ramin Əhmədov bu gün şəhid ailələrini ziyarət edib.

Ramin Əhmədov öncə 1-ci Alatavada 20 Yanvar şəhidi Qəniyev Mirzə Rzabala oğlunun ailəsini ziyarət edib.

R.Əhmədov daha sonra 13-cü Nərimanov döngəsində torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş Əskərov Əziz Əzizağa oğlunun ailə üzvlərilə keçirib.

Görüşlərdə R.Əhmədov, Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi qayğıdan danışıb, onları narahat edən məsələlərə dövlətin daim diqqət göstərdiyini qeyd edib.

Şəhidlərimizin ailə üzvləri ilə səmimi söhbət apan deputatlığa namizəd şəhidlərimizin heç vaxt unudulmayacağını vurğulayıb: "Biz onların ruhu qarşısında baş əyirik”.

 


 

Mənbə: qlobal.az