Şoyqu Akarla danışdı: Nələr müzakirə edildi?

Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə türkiyəli həmkarı Hulusi Akar arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, tərəflər Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər.

Bununla bağlı məlumat yayan Rusiya Müdafiə Nazirliyi tərəflərin Yaxın Şərq və Şimali Afrika bölgələrindəki vəziyyəti, xüsusilə də Suriya və Liviyadakı prosesləri müzakirə etdiklərini qeyd edib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Yeni prezident İslam Kərimovun dövründən danışdı: “Hamı qorxu içərisində yaşayırdı”

SONRAKI XƏBƏR

İran həbsxanalarındakı azərbaycanlılar